525.Az

Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanıldı


 

Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanıldı <b style="color:red"></b>

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, K.Makqreqorun saxlanılmasına səbəb onun azarkeşin mobil telefonunu qırması olub.

Bildrilir ki, döyüşçünün azarkeşi otelin qarşısında onun şəkilini çəkib. Daha sonra K.Makqreqor azarkeşin telefonunu alaraq qırıb və özü ilə götürüb.

"Mmafighting.com"un məlumatına əsasən, zərərçəkən şəxs İngiltərədən olan Əhməd Əbdirzakdır.

Döyüşçü soyğunçuluq və dələduzluqda ittiham edilib.

 





12.03.2019    çap et  çap et