525.Az

Əməliyyat-taktiki raket bölmələri təlimlərə cəlb edildi


 

Əməliyyat-taktiki raket bölmələri təlimlərə cəlb edildi<b style="color:red"></b>

Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.

Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 15-dək davam edəcək.

 





12.03.2019    çap et  çap et