525.Az

Anarın təsəllisi... - Şeir


 

Anarın təsəllisi... - <b style="color:red">Şeir </b>

ANARIN TƏSƏLLİSİ...

Bakının mərkəzində
Müqəddəs bir ocaq var...
Önündən ehtiramla
Ötüb keçir insanlar.
Bu ev şeir nəhriydi!..
Xəyallar pərvazlanıb,
Göy üzündə uçardı.
Bu evdə illər boyu
Arzular gül açardı…
Bu evdə sanbir qəlbdə
İki xalq şairimiz -
Nigar Rəfibəyliylə
Rəsul Rza yaşardı.
Bu evi göy Xəzərlə
Bağlayan küçə vardı, -
Adı "Karqanov" idi.
Şairləri sahilə
Bu küçə aparardı.
Sovetin buxovundan
Azad olandan sonra,
Saldıq başımız üstdən
Özgələri, yadları.
Neçə-neçə küçənin
Dəyişildi adları.
Hər şey yerbəyer oldu...
(Haqq tapasaq yerini,
Ədalət yaşayırsa!..)
O ev qaldı yerində!..
Önündən keçən küçə
Nigar Rəfibəylinin
Adını daşıyırsa,
Yandan ötən küçənin
Adı ta "Karqanov" yox,
"Rəsul Rza" adlanır!..
Onlar görüşür tində…
Yenə də o cütlüyü
Mən bir yerdə görürəm,
Ürəyim qanadlanır!..
Ev də tamam seçilir
Evlərin sırasında.
O məhrəm ocaq qalıb
Rəsulla Nigarının
Qolları arasında!
  
Ramiz MÖVSÜM
2018

 





12.03.2019    çap et  çap et