525.Az

Cəlil Məmmədquluzadənin məqalələrindən ibarət yeni kitab çıxacaq


 

Cəlil Məmmədquluzadənin məqalələrindən ibarət yeni kitab çıxacaq<b style="color:red"></b>

Azərbaycanın böyük ədəbi Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalə, müsahibə, esse, şeir və poemalardan ibarət kitab işıq üzü görəcək.

Bu barədə AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfov məlumat verib.

O,1970-ci illərdən bu günümüzədək C.Məmmədquluzadə barədə qəzet, jurnal və saytlarda dərc edilən yazılardan ibarət toplu nəşr etməyi planlaşdırır.

Kitabda Azərbaycan dilində olan yazılarla yanaşı, yerli və xarici tədqiqatçılarınbaşqa dildə yazdığı yazıları da orijinal halında veriləcək.

İlkin adı "Mirzə Cəlil haqqında məqalələr, müsahibələr, esselər və şeirlər" olan bu kitab üzərində işlər 2019-cu ilin ortasına kimi yekunlaşacaq, ilin ikinci yarısında elmi ictimaiyyətə təqdim ediləcək.

Kitabda ön sözün müəllifi Cəlil Məmmədquluzadə irsinin əsas tədqiqatçılarından akademik İsa Həbibbəylidir.

Tərtibçi müəllif hesab edir ki, bu kitab böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə oxucular üçün əsl hədiyyə olacaq.

 





12.03.2019    çap et  çap et