525.Az

Milli Kitabxanada "Azərbaycan teatrı bu gün" sərgisi


 

Milli Kitabxanada "Azərbaycan teatrı bu gün" sərgisi <b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli Sərəncamına uyğun olaraq 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur.

Bu münasibətlə mart ayının 10-da Azərbaycan Milli Kitabxanasında "Azərbaycan teatrı bu gün" adlı geniş tərtibatda kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan teatrı, teatr tarixi, teatrşünaslar, Azərbaycan teatr səhnəsinin məşhur simaları, teatr tarixində mühüm yer tutmuş görkəmli aktyorlar, ümumilikdə teatr sənətimizin inkişafında xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında ədəbiyyat sərgilənib.

Sərgi bir həftə davam edəcək.

 





12.03.2019    çap et  çap et