525.Az

Cəsarət Valehovun təyinatı təsdiqləndi


 

Cəsarət Valehovun təyinatı təsdiqləndi<b style="color:red"></b> Cəsarət Valehovun Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsinə təyin edildiyi təsdiqlənib.
 
Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, Cəsarət Valehov İnformasiya şöbəsinin müdiri təyin edilib, nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş müdiri Bayram Hüseynzadə isə bundan sonra “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərəcək.
 
Bununla bağlı rəsmi məlumat yaxın saatlarda yayılacaq.
 
Qeyd edək ki, C. Valehov İTV-nin təhsillə bağlı olan “Açıq dərs” verilişinin aparıcısı və departament direktoru vəzifələrində çalışıb. O, İTV-dəki baş direktor dəyişikliyindən sonra işdən çıxarılıb. Bir müddət öncə nazirlikdə aparılmış struktur islahatlarına əsasən, ümumi şöbə ilə ictimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib və əvəzində informasiya şöbəsi yaradılıb.
 





18.09.2013    çap et  çap et