525.Az

Mehriban Əliyeva Fransanın birinci xanımı ilə bir arada


 

Mehriban Əliyeva Fransanın birinci xanımı ilə bir arada <b style="color:red"></b>

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirildi.

Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olundu, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirildi. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulandı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizı səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

 





12.03.2019    çap et  çap et