525.Az

Turizmlə bağlı qanuna dəyişiklikdə nələr əksini tapıb?


 

Turizmlə bağlı qanuna dəyişiklikdə nələr əksini tapıb?<b style="color:red"></b>

"Turizm haqqında" mövcud qanuna dəyişiklik təklif olunur.
 
Bununla bağlı qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında müzakirə olunub.

Qanuna təklif edilən dəyişikliyə görə, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bundan başqa, dəyişikliyə əsasən, mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmayacaq. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək. 300 nəfərdən çox tutumu olan mövcud turizm və rekreasiya obyektlərinin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalıdır. Həmin obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların trans-sərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin trans-sərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunacaq.

Adıçəkilən komitənin sədri Hadi Rəcəbli isə bir daha xatırladıb ki, dəyişikliklər mövcud qanuna edilir: "Bunun turizmlə bağlı üzərində işlər davam etdirilən yeni qanun layihəsinə aiddiyyatı yoxdur. Bu, mövcud, köhnə qanuna təklif edilən dəyişikliklərdir. Yeni qanun layihəsi üzərində də işlər, təkmilləşdirmələr davam etdirilir. Hesab edirik ki, ölkədə turizmin sürətli inkişafı, turist axını ilə bağlı məsələlərin tənzimlənməsi üçün yeni qanun lazımdır. Yəni müsair dövrün reallıqlarına və tələblərinə cavab verən qanuna ehtiyacımız var. Bu baxımdan da, yeni qanun layihəsi üzərində işləri davam etdiririk".

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

 





13.03.2019    çap et  çap et