525.Az

ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni müşavir təyin olunub


 

ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni müşavir təyin olunub<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifəsinə yeni təyinat olub. APA-nın xəbərinə görə, Viktoriya Slounu bu vəzifədə Stefan Qais əvəz edib.

S. Qais artıq vəzifəsinin icrasına başlayıb. O, bundan əvvəl ABŞ-ın Qazaxıstan, Gürcüstan və Filippindəki səfirliklərində çalışıb.
 
Xatırladaq ki, V. Sloun bu ilin avqustunda Azərbaycanda diplomatik missiyasını tamamlayıb

 





18.09.2013    çap et  çap et