525.Az

Mehriban Əliyevadan Roma Papasına təbrik


 

Mehriban Əliyevadan Roma Papasına təbrik <b style="color:red"></b>

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.

 





13.03.2019    çap et  çap et