525.Az

"Yaradıcı oxucularımız"dan daha bir kitab


 

"Yaradıcı oxucularımız"dan daha bir kitab<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mirzə Şəfi Vazeh adına mərkəzi kitabxananın oxucusu, yazıçı-publisist Zöhrə Əsgərovanın Novruz bayramı ərəfəsində uşaqlar üçün yazılmış "Burdan mələk ötüb" ("Zdes anqel proletel") kitabı çapa hazırlanır.

Kitabxanadan bildirilib ki, kitab yazıçı Zöhrə Əsgərovanın M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə layihəsi əsasında nəşr edilir.

Kitab mövzu baxımından maraqlı və rəngarəng olacaq. Burada "Asteroiddən gələn məktublar", "Səfeh maralın sərgüzəştləri", "Ağıllı tutquşu" və s. hekayələr müxtəlif yaşda olan uşaqlar üçün nəzərdə tutulub. Uşaqların nəcib, xeyirxah vətəndaş kimi formalaşmasında onlara istiqamət verən yaşlı nəslin də ailədə, cəmiyyətdə fəal iştirakı öz əksini tapıb. Müəllif dünya xalqlarının nağıllarına, dünya ədəbiyyatına müraciət etməklə, tərbiyəvi əhəmiyyət daşıyan mövzuların bu gün də aktual olduğunu nəzərə çatdırır.

 





13.03.2019    çap et  çap et