525.Az

"BP Azerbaijan" şirkəti AzMİU-da seminar keçirib


 

"BP Azerbaijan" şirkəti AzMİU-da seminar keçirib<b style="color:red"></b>

"BP Azerbaijan" şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tikinti-iqtisad fakültəsinin tələbələri üçün seminar keçirib.

Sənayenin təşkili və idarə edilməsi kafedrasının və "BP Azerbaijan" şirkətinin birgə təşkil etdiyi seminardan öncə rektor Gülçöhrə Məmmədova şirkətin nümayəndələri ilə görüşüb. İşgüzar şəraitdə keçirilən görüşdə şirkətlə universitet arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Görüşdə universitetin strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva da iştirak ediblər.

Seminarda "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin "BP Azerbaijan" şirkətinin ölkənin iqtisadi inkişafına təsiri" mövzusunda məruzəsi dinlənilib. Vitse-prezident ümumilikdə şirkətin Azərbaycanda fəaliyyətə başladığı müddətdən bu günədək əməliyyatçısı olduğu dünya səviyyəli böyük layihələrdən söhbət açıb. Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılmasında əhəmiyyətli rol oynayan "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tbilisi-Ceyhan" və "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi" layihələrinin ölkə iqtisadiyyatına gətirdiyi faydalardan danışıb.

Fəal diskussiya şəraitində keçən seminarda vitse-prezident tələbələrin suallarını cavablandırıb, həmçinin, onlarla mövzu ətrafında fikir mübadiləsi aparıb.

S.QARAYEVA



 





13.03.2019    çap et  çap et