525.Az

Xaricə səfər edən Azərbaycan vətəndaşları üçün tövsiyələr hazırlandı


 

Xaricə səfər edən Azərbaycan vətəndaşları üçün tövsiyələr hazırlandı <b style="color:red"></b>

Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətlərinin təhlükəsiz və rahat keçməsi üçün zəruri tövsiyələrdən ibarət broşur və videoçarxlar hazırlanıb.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, broşur və videoçarxlar Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi” layihəsi çərçivəsində XİN-in təşəbüsü ilə hazırlanıb.

XİN-in və BMqT-nin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmiş broşur və videoçarxların hazırlanması zamanı bir sıra xarici ölkələrin təcrübəsi, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin rəyləri və digər spesifik amillər nəzərə alınıb.

Layihənin əsas məqsədi vətəndaşlarımıza lazımı tövsiyələrin verilməsi yolu ilə cəmiyyətimizdə “səyahət mədəniyyəti” anlayışının təşviqi və inkişaf etdirilməsidir. Belə ki, layihədə səfərdən öncə gediləcək ölkə və ya region barədə araşdırmanın aparılması, Azərbaycan Respublikası pasportundan istifadə, xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarından vizaların əldə olunması üçün müraciətlərin düzgün tərtib və təqdim olunması qaydaları, səyahət sığortasının vacibliyi və bir sıra digər məsələlərlə bağlı tövsiyələr və faydalı məlumatlar əks olunub.

Ümid edirik ki, broşur və videoçarxlar Azərbaycan Respublikası vətəndaşları üçün xarici ölkələrə səfər zamanı daha hazırlıqlı və bilikli olmağa yardımçı olacaq, həmçinin baş verə biləcək xoşagəlməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün mühüm rol oynayacaqdır.

Broşur və videoçarxlar XİN-in “Səyahət məlumatı” bölməsində yerləşdirilib və aşağıdakı keçid vasitəsilə əldə edilə bilər:

http://mfa.gov.az/content/575.

 





13.03.2019    çap et  çap et