525.Az

Yel çərşənbəsində Novruz tonqallarında 9 nəfər yanıb


 

Yel çərşənbəsində Novruz tonqallarında 9 nəfər yanıb <b style="color:red"></b>

Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.

Zərərçəkənlərin xəsarətləri ağır olmayıb.

 





13.03.2019    çap et  çap et