525.Az

"Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır"


 

"Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır"<b style="color:red"></b>

Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət verilir və kibertəhlükələri azaltmaq üçün bütün addımlar atılır.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən VI Regional İnternet İdarəçilik Forumunda deyib.

Nazir bildirib ki, informasiya texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə çıxıb, dövlət və vətəndaşlar arasında münasibətlər isə daha da şəffaflaşıb.

O qeyd edib ki, bu gün ölkə əhalisinin 80 faizdən çoxu internetdən istifadə edir.

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, təşkilat Azərbaycanda İKT sahəsində keçirilən proqramları dəstəkləyir.

 





13.03.2019    çap et  çap et