525.Az

Nazir müavini: "İnformatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır"


 

Nazir müavini: "İnformatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır"<b style="color:red"></b>

Azərbaycanda orta məktəblərdə informatika tədrisinin səviyyəsini və bu fənn üzrə müəllimlərin ixtisaslaşmasını artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən VI Regional İnternet İdarəçilik Forumunda deyib.

Nazir müavininin sözlərinə görə, internet cinayətkarlığı və virusları ilə mübarizə məktəb vaxtlarından tədris olunmalıdır.

E.Vəlizadə əlavə edib ki, hazırda demək olar ki, bütün şagirdlər internetdən, müasir texnologiyalardan istifadə edir:

“Biz onları kibertəhlükəsizlik barədə məlumatlandırmalıyıq. Fikrimcə, müvafiq orqanlar bu istqamətdə zəruri addımlar atacaq”.

 





13.03.2019    çap et  çap et