525.Az

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri Ermənistanı təşvişə salıb


 

ERMƏNİ EKSPERTLƏR ETİRAF EDİRLƏR Kİ, BU, MİSLİ GÖRÜNMƏMİŞ TƏLİMLƏRDİR

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri Ermənistanı təşvişə salıb<b style="color:red"></b>

Azərbaycan ordusunun bu həftə başlatdığı genişmiqyaslı hərbi təlimlər Ermənistanı ciddi təşvişə salıb.

Azərbaycan ordusunun gücünə yaxşı bələd olan təcavüzkar dövlət hətta bunu etiraf etməkdən də çəkinmir. Xüsusilə, 2016-cı ilin aprel döyüşlərindən sonra o vaxtkı prezident Serj Sarkisyan başda olmaqla, qarşı tərəf ordumuzun gücünü, imkanlarını malik olduğu yüksək səviyyəli hərbi texnikanı etiraf etmək məcburiyyətində qaldı.

Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin daha əvvəl yaydığı açıqlamada qeyd edilirdi ki, təlimlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirir.

Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən, raket buraxılışları praktiki icra olunur.

Qarşı tərəfi qorxuya salan həm də təlimlərin daha uzun müddəti əhatə etməsi və aprel  müharibəsinin növbəti ildönümünə təsadüf etməsidir.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşdə öz narahatlığını dilə gətirib və bəyan edib ki, Azərbaycanın keçirdiyi genişmiqyaslı təlimlər etimad mühitinin yaradılmasına kömək etməyəcək. Əslində, bu, qarşı tərəfin təlaşının ifadəsidir. Çünki ermənilər özləri bütün beynəlxalq prinsipləri və hüququ pozaraq dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçiriblər. Ermənistan rəhbərliyi isə qanunsuz şəkildə başqa bir dövlətin ərazisinə gələrək həmin təlimləri izləyib. Bakı isə təlimləri öz ərazisində keçirir və buna heç kim nə etiraz edə, nə də burda hansısa beynəlxalq öhdəliyin pozulmasından söhbət gedə bilər.

Erməni hərbi ekspertlər də öz şərhlərində budəfəki hərbi təlimlərin daha yüksək səviyyəə olduğunu etiraf ediblər.

Hərbi ekspert Van Ambartsumyan Azərbaycanın keçirdiyi hərbi təlimlərin həqiqətən misli görünməmiş olduğunu deyib: "Yeni əldə edilmiş texnikadan istifadə təsadüf deyil. Onlar artıq 200 kilometr məsafədə hədəfə çata bilərlər". Onun sözlərinə görə, əvvəllər də bu cür hallar olub, amma hədəfə 200 km məsafədə çatacaq silah yox idi: "Hesab edirəm ki, jurnalistikada" misli görünməmiş "deməliyəm ki, əvvəllər belə bir şey yox idi, ancaq görünməmiş bir yazı yazdığınız zaman bu da bizə təsir edir", - deyə o qeyd edib və əlavə edib ki, Azərbaycan yeni texniki əldə edib.

Van Ambartsumyan, öz növbəsində, hərbi təlimlərin həqiqətən görünməmiş olduğunu və hərbi əməliyyatlar bərpa olunduqda Azərbaycanın silahlı qüvvələrinin Erivan şəhərinə hərbi əməliyyatlar aparacağını söyləyib. Bundan əlavə, onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, 2019-cu il gözlənilməz olacaq. "Belə bir çox hərbi texnikanın istifadəsi çox danışır, hamımızın bilirik ki, Əliyev-Paşinyanın qarşılanması planlaşdırılır, bu təlimlər və bu cür ədədlərin istifadəsi Ermənistan tərəfinə təzyiq etməkdir. Mən inanıram ki, alqışların həm müzakirə masasında, həm də döyüş sahələrində olması gözlənilmir", - deyə Ambartsumian bildirib.

Hərbi ekspert Van Ambartsumyan Azərbaycanın keçirdiyi hərbi təlimlərin həqiqətən misligörünməmiş adlandırıb: "Yeni əldə edilmiş texnikadan istifadə təsadüf deyil. Onlar artıq 200 kilometr məsafədə hədəfə çata bilərlər". Onun sözlərinə görə, əvvəllər də bu cür hallar olub, amma hədəfə 200 km məsafədə çatacaq silah yox idi. Van Ambartsumyan təlimlərin həqiqətən görünməmiş olduğunu bir daha təkrarlayaraq, hərbi əməliyyatların bərpa olunduğu təqdirdə, Azərbaycanın Silahlı Qüvvələrinin İrəvan şəhərinədək hərbi əməliyyatlar apara biləcəyini söyləyib. "Azərbaycan rəhbərliyi 2019-cu ilin fərqli,  gözlənilməz il olacağını deyib. Belə bir miqdarda hərbi texnikanın istifadəsi çox şey deyir, hamımızın bilirik ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır, bu təlimlər və bu cür hərbi texnikanın istifadəsi Ermənistan tərəfinə təzyiq etməkdir. Hesab edirəm ki, həm müzakirə masasında, həm də döyüş meydanında vəziyyətin ağırlaşması gözlənilir".

Erməni komandir Vova Vartanov da Azərbaycanın yüksək səviyyəli hərbi texnikaya malik olduğunu deyib: "Məsələn, onlar Belarusdan "Polonez" raketlərini alıblar və ilk dəfə istifadə edirlər. Onlar yeni ərazilər ələ keçirirlər. Bənzər bir ssenari 2016-cı ilin aprel döyüşlərində də tətbiq olunub".

Bu təlimlər təcavüzkar tərəfin Azərbaycan ordusunun gücünü, malik olduğu texnikanı bir daha etiraf etməsi ilə yanaşı, həm də Paşinyanın format oyununa, Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclası adı altında qurduğu tamaşaya bir cavabdır. Sabah həmin ordunun öz torpaqlarını işğaldan azad edəcəyi heç kimə sirr deyil. Amma hələ ki, Azərbaycan sülhün imkanları tam tükənmədiyi üçün danışıqlar masasında əyləşməyə razılıq verir.

Yeri gəlmişkən, ATƏT sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak dünən İrəvanda səfərdə olarkən bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatında hər hansı dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır. Onun sözlərinə görə, ənənələrə uyğun olaraq aparılmış və konkret nəticələrə gətirə biləcək bir proses var: "Danışıqlar formatında mümkün olan dəyişikliklər bütün tərəflər üçün məqbul olmalıdır . Əminəm ki, Ermənistan hökuməti danışıqları davam etdirmək üçün düzgün formulaya malikdir".

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin həllində hər cür səy göstərməyə hazır olduğunu da bəyan edib. Erməni jurnalistin onun Qarabağa getməyə hazır ola bilməsi ilə bağlı sualına Layçakın cavabı isə qarşı tərəf üçün çox tutarlı bir mesaj oldu: "Mən münaqişənin həlli yolunun tapılmasında faydalı olmaq üçün hər şey etməyə hazıram. Minsk qrupunun həmsədrlərinə və səfir Kaspşikə tam olaraq etimad edirəm. Bu istiqamətdə fəaliyyət onlarla sıx koordinasiya şəklində həyata keçirilir".

Bu isə bir daha o deməkdir ki, Minsk qrupu formatı beynəlxalq aləmdə qəbul edilən bir formatdır, onu dəyişdirilməsi, daha doğrusu, Paşinyanın tərəf kimi separatçıları danışıqlar masasında əyləşdirmək arzusu dəstəklənmir.

Nəhayət, işğalçı tərəf danışıqlar adı ilə prosesi uzatmağa, müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışacaqsa, Azərbaycan ordusunun gücü ilə üz-üzə gəlməli olacaqlar. O ordu ilə ki, dünyanın 50 ən güclü ordusundan biridir. Bunu isə biz demirik, beynəlxalq institutların tərtib etdiyi reytinq siyahıları deyir.

PƏRVANƏ

 





14.03.2019    çap et  çap et