525.Az

Prezident əfqanıstanlı həmkarı ilə görüşdü


 

Prezident əfqanıstanlı həmkarı ilə görüşdü<b style="color:red"></b>

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş oldu.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.

 





14.03.2019    çap et  çap et