525.Az

Kənan Hacı “Sonuncu dərviş”i təqdim edib


 

Kənan Hacı “Sonuncu dərviş”i təqdim edib<b style="color:red"></b>

Bugünlərdə “Kitabevim.az”da çağdaş ədəbi mühitimizin fəal nümayəndəsi, yazıçı-publisist Kənan Hacının “Sonuncu dərviş” kitabının təqdimat mərasimi və imza günü keçirilib. 

Təqdimatda yazıçının qələm dostları, ədəbiyyatşünaslar, tanınmış ictimaiyyət nümayəndələri və oxucuları iştirak ediblər.

Tədbirin aparıcısı gənc yazar Nicat Həşimzadə Kənan Hacının yaradıcılığı barədə məlumat verərək onun öz bənzərsiz üslubu ilə oxucuların sevgisini qazandığını vurğulayıb, ədəbiyyatımızda öz çəkisi olan yazıçı kimi tanındığını qeyd edib.

Çıxışlardan öncə “Sonuncu dərviş” haqqında məlumat verən Kənan Hacı kitabın nəşrinə görə “Xan” nəşriyyatının rəhbərliyinə təşəkkürünü bildirib və qeyd edib ki, bu, onun sayca 5-ci romanıdır. Kitabın naşiri Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur. Kənan Hacı “Sonuncu dərviş” haqqında danışarkən deyib ki, real faktlara əsaslanan hadisələrin cəmləşdiyi kitab onun məsub olduğu nəslin taleyi haqqındadır.

Əməkdar jurnalist Azər Həsrət, telejurnalist, yazıçı Azad Müzəffərli, AzTV-nin ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru, yazıçı Azər Qismət, şair Balayar Sadiq, şair Rəfail Tağızadə, yazıçı Aləm Kəngərli, yazıçı-ssenarist Əyyub Qiyas, gənc şairlərdən Şahanə Müşfiq, Ümid Nəccari, İntiqam Yaşar, yazar-araşdırmaçı Akəm Xaqan, Vaqif Osmanov, şair Süleyman Abdulla və digərləri öz çıxışlarında Kənan Hacının ədəbiyyatımızdakı yerindən və əsərlərinin özünəməxsusluğundan danışıblar.

Sonda K.Hacı qonaqlar üçün kitab imzalayıb.

MEHRİ

 





14.03.2019    çap et  çap et