525.Az

Salyanda “Qloballaşma və milli kimlik” seminar-treninqi


 

Salyanda “Qloballaşma və milli kimlik” seminar-treninqi<b style="color:red"></b>

Martın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Salyanda “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə Fondun icraçı direktor müavini Ceyhun Əliyev, əməkdaşı Rəşid Paşalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev milli kimliyin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışıb.

Seminarda çıxış edən Fondun icraçı direktor müavini Ceyhun Əliyev qloballaşmanın müxtəlif səpkili təzahürləri haqqında söhbət açıb. İcraçı direktor müavini ailə, təhsil və mühitin milli kimliyimizin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırıb.

Fondun əməkdaşı Rəşid Paşalı mütəfəkkirlərin və ictimai-siyasi xadimlərin fikirləri kontekstində milli kimlik məsələsinin komponentləri haqqında iştirakçıları məlumatlandırıb.

Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov qloballaşma və milli kimlik anlayışları arasındakı münasibətlərin düzgün tənzimlənməsinin vacibliyinə toxunub. Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

 





14.03.2019    çap et  çap et