525.Az

“Ustad” dərgisinin 26-cı sayı işıq üzü gördü


 

“Ustad” dərgisinin 26-cı sayı işıq üzü gördü<b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad” jurnalının 26-cı sayı nəşr olunub.

Redaksiya heyətindən 525.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın Novruz əhval-ruhiyyəli budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

Dərgi baş redaktor Şəmil Sadiqin “Dəvətnamə” adlı hekayəsi ilə başlayır. Ədəbi mətn müəlliflərindən Müşfiq Xanın “Meybaz”, Xanım Anelanın “Yadlıq” hekayələrinin davamı, “Hərraclarda misli görünməyən məbləğə satılan 5 nadir kitab” və  “Son illər kitablar əsasında çəkilmiş ən keyfiyyətli 7 film” məqalələri, Fərid Məmmədovun “Absurd etüdlər”, Şəhla Aslanın “Bu cavanlar niyə fışqırıq çalmır?” hekayələri yer alıb.

Oxucular Fəriba Vəfinin “Okeana baxan daxma” hekayəsini Ceylan Mumoğlunun tərcüməsində oxuya biləcəklər.

Nəcib Məhfuzun “Şəhrizad” hekayəsi, Ceylan Mumoğlunun “Buta”, Xanəmir Telmanoğlunun “Yaz”, Sərxan Əzizin “Qeyri-qanuni ədəbiyyat”, Xəyalə Muradın “Yeyilən kitablar və ya dünyanın ən qeyri-adi kitabları” kimi yazıları dərginin əsas hissəsini təşkil edir.

Bundan əlavə, kino və sənət haqqında yazılar – Nicat Həşimzadədən “Torpaq, dəniz, od, səma” və Nəcəf Əsgərzadədən “Rasim niyə Felliniyə çevrilə bilmədi?” yazısı, Xavər Zahirdən “Sandro Bottiçelli: Baharın gizlədiyi sirlər” araşdırması dərgidə yer alıb.

Poeziya bölməsində Səbuhi Şahmursoyun şeirləri çap olunub.

”Ustad”ın budəfəki müsahibi “Qol qoyduğum işlər hər zaman öz sektorlarında ən yaxşılardan olublar” deyən aktrisa Zülfiyyə Qurbanova olub. Müsahibəni Cavid Qədir götürüb.

Dərginin 26-cı sayında, həmçinin, “ÜstAd” uşaq yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblərin və münsiflərdən yüksək bal almış uşaqların yazıları dərc olunub.

CAVİD

 





14.03.2019    çap et  çap et