525.Az

İqtisadi və Sosial İnkişaf Mərkəzi növbəti təlim proqramını yekunlaşdırdı


 

İqtisadi və Sosial İnkişaf Mərkəzi növbəti təlim proqramını yekunlaşdırdı<b style="color:red"></b>

“PH International”ın təşkilatçılığı ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) “Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri” adlı layihə çərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün keçirdiyi təlim proqramını başa vurub.

CESD-dən verilən məlumata görə, əvvəlki təlimlərdə olduğu kimi, layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçiləri, o cümlədən, təhsil sektorunda çalışanlar, gənc aktivistlər, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təmin edilib.

Təlim “PH İnternational” təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərininin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib.

Qeyd olunub ki, radikal ekstremizmlə mübarizə siyasətini həyata keçirən bütün qurumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökundən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Bildirilib ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda yox, paralel olaraq Sumqayıt şəhəri və Abşeron rayonunda təşkil edilib.

Sonda iştirakçılara “PH İnternational” və CESD-in beynəlxalq sertifikatı təqdim olunub. 

CEYHUN

 





14.03.2019    çap et  çap et