525.Az

"Az-Granata"nın sloqanı birmənalı qarşılanmadı


 

"Az-Granata"nın sloqanı birmənalı qarşılanmadı<b style="color:red"></b>

"Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) istehsal etdiyi meyvə şirələrinin üzərindəki sloqan sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Təhsil eksperti Etibar Əliyev Feysbuk səhifəsində maraqlı paylaşım edib. O, şirənin üzərindəki "Məndə sığar min vitamin, mən bu qutuya sığmazam!" sloqanını "Az-Granata" MMC-nin "Nəsimi ili"nə "töhfəsi" kimi qiymətləndirib: "Az-Granata MMC "Nəsimi ili"nə belə başlayıb! Səviyyəyə baxın. Hələ bu səviyyə ilə araq da istehsal edirlər..."

E.Əliyevin statusuna verilən şərhlər də diqqət çəkib.

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi" Liqasının sədri, hüquqşünas Sahib Məmmədov qeyd edib ki, bu şirələr sintetik paraşokdan hazırlanır: "İçmək məsləhət deyil".

Sosial şəbəkə istifadəçisi Elnur Hacıyev isə yazıb ki, əgər İmadəddin Nəsimi onu bu səviyyədə anlayacaqlarını bilsəydi, heç bu qəzəli yazmazdı.

 





14.03.2019    çap et  çap et