525.Az

Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi


 

Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi<b style="color:red"></b>

Nazirlər Kabineti (NK) "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

Trend-in məlumatına görə, NK açıqlayıb ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınır. Bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.

NK qeyd edib ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir.

Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

Qeyd edək ki, NK-ya "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin manatın inflyasiyası nəzərə alınmaqla, hər kvadrat metrə görə 2 min manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzil verilməsi təklif edilib.

 





14.03.2019    çap et  çap et