525.Az

Sabunçu dəmir yolu stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı


 

Sabunçu dəmir yolu stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı<b style="color:red"></b>

Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyası bu ilin mayın 10-da istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov deyib ki, Sabunçudan Bakının mərkəzinə qədər ikinci marşrut açılacaq. Onun sözlərinə görə, Sabunçudan Sumqayıta qədər olan dəmir yolunda isə işlər ilin sonuna qədər yekunlaşacaq:

"Bunun üçün qatarlar sifariş edilib. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə on dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək".

C.Qurbanov əlavə edib ki, Abşeron dairəvi dəmiryolu xəttində aparılan işlərin həcmi çox olduğundan layihə bir qədər gec bitəcək: “Xətt boyu avtomobil yolları ilə kəsişmələr var. Bunları aradan qaldırmaq üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun, bununla da təhlükəsizlik və rahatlıq təmin edilsin”.

 





15.03.2019    çap et  çap et