525.Az

Metronun "Xətai" stansiyası vaxtından tez istifadəyə veriləcək


 

Metronun "Xətai" stansiyası vaxtından tez istifadəyə veriləcək <b style="color:red"></b>

Metronun "Xətai" stansiyasında təmir işlərinin növbəti mərhələsi başa çatmaq üzrədir.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada yeni eskalatorların quraşdırılması artıq yekunlaşmaq üzrədir:

"Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək".

B.Məmmədov bildirib ki, bununla paralel olaraq stansiyada digər təmir-tikinti işləri də davam etdirilir:

"Stansiyanın bütün infrastrukturu yenilənir. Vestübildə kassa zalı olan hissədə döşəmə işləri aparılır. Təmir işlərində stansiyanın memarlıq üslubu qorunub saxlanacaq".

Qurum təmsilçisi deyib ki, "Xətai" stansiyasında işlər vaxtından əvvəl başa çatdırılacaq:

"Biz stansiyanın təmirinin avqust ayında başa çatacağını bildirmişdik. Amma işlər sürətləndiyindən stansiyanı iyul ayında istifadəyə verməyi planlaşdırırıq".

 





15.03.2019    çap et  çap et