525.Az

Meksika kinosu Bakıda: "Roma" filminin təqdimatı keçirildi


 

Meksika kinosu Bakıda: "Roma" filminin təqdimatı keçirildi<b style="color:red"></b>

Bakıda Meksikanın Azərbaycandakı Səfirliyi meksikalı rejissor Alfonso Kuaronun "Roma" filmininin təqdimatını keçirib.

Səfirlikdən verilən məlumata görə, "Roma" filmi kinematoqrafiya üzrə müxtəlif mükafatları, eyni zamanda, ən yaxşı xarici film, ən yaxşı rejissor və ən yaxşı fotoqrafiya nominasiyaları üzrə 3 "Oskar" mükafatını qazanaraq dünya şöhtərini əldə edib.

Filmdə 70-ci illərin Mexiko şəhərinin həyat və abu-havasını canlandırılıb.

Qeyd edək ki, "Roma" filminin premyerası Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində ötən il avqsutun 30-da keçirilib.

Ekran işi Venesiyada "Qızıl Şir" mükafatına layiq görülüb.

C.ABASOV

 





15.03.2019    çap et  çap et