525.Az

Kürdəmirdə İsmayıl Şıxlının 100 illiyi qeyd edilib


 

Kürdəmirdə İsmayıl Şıxlının 100 illiyi qeyd edilib<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə 14 mart 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan tədbir keçirib.

Muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq İsmayıl Şıxlının koloritli xarakterlərə və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarından biri olmasından danışıb.

Sonra İsmayıl Şıxlının həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən qısa slayd nümayiş olunub.

Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxışında İsmayıl Şıxlının yaradıcılığındakı özəlliklərdən, şəxsiyyətindən, şəcərəsindən - Şıxlinskilərdən bəhs edib.

Şair Yadigar Təvəkkül İsmayıl Şıxlı yaradıcılığında milli-mənəvi dəyərlər, xalqın adət-ənənələri, dil və üslubu mövzusundan söz açıb.

Kürdəmir rayon MKS-ın direktoru İradə Mahmudovanın çıxışında İsmayıl Şıxlının pedaqoji və elmi fəaliyyətinə diqqət yetirilib.

Kitabxananın əməkdaşları Məhinə Şirəliyeva, Məryəm Əliyeva yazıçının hekayələrini oxuyublar.

Tədbirdə İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında çəkilmiş eyni adlı filmdən fraqmentlər nümayiş etdirilib.

 





15.03.2019    çap et  çap et