525.Az

Vasili Belovun romanı Azərbaycan dilində


 

Vasili Belovun romanı Azərbaycan dilində<b style="color:red"></b>

Ötən əsrin 60-cı illərinin ən populyar rus (Sovet) yazıçılarından biri Vasili Belovun "Olan işdi" ("Privıçnoye delo") romanı Azərbaycanda nəşr olunub.

Əsəri Azərbaycan türkcəsinə tanınmış yazıçı Elçin Hüseynbəyli çevirib.

Ön sözündə tərcüməçi bir neçə il öncə daha bir məşhur rus yazıçısı Andrey Platonovun hekayərini dilimizə çevirdiyini xatırladır və yazır:

"Andrey Platonov mənimçün üslub hadisəsidirsə, Vasili Belov dil hadisəsidir, çox çətin olsa da, mən onları məmnuniyyətlə dilimizə çevirdim..."

Kitabı "Xan" nəşriyyatı nəfis dizayn və tərtibatla çap edib və  təqdimatını planlaşdırır.

Yeni nəşri şəhərimizin kitab mağazalarından əldə etmək olar.

 





15.03.2019    çap et  çap et