525.Az

“Azərbaycan” jurnalının mart sayında...


 

“Azərbaycan” jurnalının mart sayında...<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının bu ilə üçüncü sayı çap olunub. Oxucular bu nömrədə də maraqlı ədəbi nümunələrlə tanış olacaqlar.

Jurnal Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş xüsusi rubrika ilə başlanır. Rubrikada İntiqam Qasımzadə “Dəli Kürün təmkinli, müdrik oğlu”, Barat Vüsal “Fərqlilik, yaxud İsmayıl Şıxlı dastanı”, Firuz Mustafa “Bütövlük” yazıları ilə çıxış edirlər.

“Poeziya” bölməsində Yusif Həsənbəyin “Siziflərin qiyamı” poeması, Nizami Cəfərovun həmin poemaya ön sözü, Şövkət Zərin Horovlu, Könül Arif, Elnur Uğur, Rəfiqə Şəms, Səyyarə Məmmədli, Sevinc Məmmədova və Zərəngiz Qayalının şeirləri çap olunub.

“Nəsr”də oxucular Məmməd Orucun “Malakan kəndinin payızı” povesti, Narıngülün “Öləziyən işıq”, “Böyürtkən mövsümü”, Zöhrə Fərəcovanın “Məzara qoyulan nişan üzüyü”, “Vəsiyyət” hekayələrini oxuyacaqlar. 

“Xatirələr, duyğular” bölməsində Məmməd İsmayılın “Ömrün uşaqlığı Vətəndi bəlkə”, Firuz Mustafanın “Oljas Süleymenov, Nodar Şaşıqoğlu və Anatol İmermanis haqqında” yazıları var.

Jurnalın ikinci xüsusi rubrikası İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Burada akademik Möhsün Nağısoylunun “Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin Nəsimi zirvəsi” məqaləsi var.

Günel Natiq “Ədəbi talelər” silsiləsini bu sayda da davam etdirir. Bu dəfə o, “Selma Laqerlöf - Nobel almış ilk qadın yazıçı”dan danışır.

“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Vaqif Yusiflinin “Şeirimizin dolaylarında”, İradə Musayevanın “Y.V.Çəmənzəminlinin romanları və repressiya”, Məti Osmanoğlunun “Təhkiyə, müəllif və oxucu” məqalələri dərc olunub.

“Ədəbi kaleydoskop”da “Ədəbiyyat tarixinin dahi qadınları”ndan, “Kitab rəfi”ndə yeni işıq üzü görmüş kitablardan bəhs olunur.

Şahanə MÜŞFİQ

 





17.03.2019    çap et  çap et