525.Az

AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi


 

AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi<b style="color:red"></b>

Payızlıq əkinlərə qulluq, bağlarda erkən yaz tədbirlərinin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması önəmli olmaqla yanaşı, məsuliyyət də tələb edir.

Hazırda təsərrüfat sahibləri bol məhsul almaq üçün torpağın qidalandırılması, bitkilərin inkişafı və zərərli orqanizmlərdən qorunması üçün zəruri vasitələrdən, xüsusi ilə aqrokimyəvi maddələrdən və bitki mühafizə vasitələrindən istifadə edirlər. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatda qeyd olunub.

Agentlik təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, müvafiq tədbirlər görərkən torpaq, hava, su çirkləndirilməməli, eləcə də insanların və heyvanların sağlamlığına zərər vurulmamalıdır.

Bu məqsədlə AQTA təsərrüfat sahibləri arasında maarifləndirmə tədbirlərini genişləndirib. Hazırda respublikanın bütün regionlarında istixanalarda, açıq sahələrdə becərilən və anbarlarda saxlanılan məhsullara fitosanitar müşahidələr tətbiq olunur. Fermerlərə düzgün qulluq və mübarizə tədbirlərinə dair tövsiyyələr verilir.

“Sağlam qida” şüarı ilə təsərrüfat sahiblərinə dəstək məqsədi ilə torpaqlardan və məhsullardan nümunələr götürülərək ödənişsiz laborator müayinələrə cəlb edilir.

CEYHUN

 





17.03.2019    çap et  çap et