525.Az

“Azərsu”da növbəti qanvermə aksiyası keçirildi


 

“Azərsu”da növbəti qanvermə aksiyası keçirildi<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə mühüm layihələr həyata keçirilir. Qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə qanvermə aksiyaları təşkil olunur.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumatda qeyd olunub.

Bildirilib ki, irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyanın “Azərsu” ASC-də keçirilməsi artıq ənənə halını alıb. Növbəti qanvermə aksiyasında qurumun idarə və müəssisələrində çalışan əməkdaşlar fəal iştirak ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

Ümumilikdə aksiyada “Azərsu” ASC-nin 200-dək əməkdaşı iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

C.ABASOV

 





17.03.2019    çap et  çap et