525.Az

Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi


 

Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi <b style="color:red"></b>

ABŞ-da Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt əkiz dünyaya gətirib.

Trend-in məlumatına görə, bu barədə yerli xəstəxana "Facebook" sosial şəbəkəsində yazıb. Qeyd olunur ki, qadın 4 oğlan və 2 qız uşağını səhər 04:50 - 04:59 müddəti ərzində dünyaya gətirib.

Xəstəxana nümayəndələri qeyd edir ki, 6 uşağı dünyaya gətirmək şansı 1-in 4,7 milyardadır.

Dünyaya gələn uşaqlar və ana özlərini yaxşı hiss edirlər və həkimlərin nəzarəti altındadırlar.

 





18.03.2019    çap et  çap et