525.Az

Prezidentin imzaladığı əfv sərəncamı humanizm siyasətinin göstəricisidir


 

Prezidentin imzaladığı əfv sərəncamı humanizm siyasətinin göstəricisidir<b style="color:red"></b>

Dövlət başçımız cənab İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin əyani göstəricisidir.

Dəfələrlə amnistiya və əfv sərəncamlarının imzalanması Prezidentimizin xalqımızın rifahı naminə çalışdığının bariz nümunəsidir.

Hər il bayramlarda yüzlərlə ailəni sevindirən Ali Baş Komandanımız bu il də öz humanizm siyasətinə sadiq qalaraq 431 nəfər məhkumu əfv etməklə bir daha sübut etdi ki, iqtidarın yürütdüyü siyasət hətta cinayət törətmiş insanları da bağışlamağa qadirdir.

Ümummilli liderimiz Heydər Əliyev siyasətində də həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir. Hər il Prezidentimizin sayəsində Novruz bayramı xalqımız üçün ikiqat bayram olur. Ənənəvi hal almış əfv sərəncamı kifayət qədər insana şamil olunur və o insanlar bayramı öz evlərində  ailə üvzləri ilə birlikdə keçirərək dövlətimizin onlara qayğısını hiss edirlər.

Azərbaycanı hər zaman qərəzli şəkildə tənqid edən müxalifət və beynəlxalq təşkilatlar isə, bu cür humanist addımları görməzdən gəlir, səslərini çıxarmırlar. Çünki onların yeganə prinsipi Azərbaycana təzyiq göstərmək, ikili standartlarla, riyakarlıqla dövlətimizə qarşı çıxmaqdır.

Nə qədər ki, xalqımız iqtidar siyasətinə arxalanıb, güvənir, hər zaman xoş günlər görəcəyik. Cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam. Dövlət başçımız ölkəmiz üçün atdığı hər addımında bu sözünün arxasında olduğunu  təsdiqləyir.  

Lamiyə İSAZADƏ
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri, şair-publisist, Prezident təqaüdçüsü

 





18.03.2019    çap et  çap et