525.Az

Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıda - Foto


 

Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıda - <b style="color:red">Foto </b>

Novuz bayramı şənliklərində iştirak etmək üçün Rusiya Federasıyasının “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Hizri Abakarov, Dərbənd şəhəri və Maqas şəhərinin meri Beslan Tceçoyev Bakıya gəliblər.

Dünən Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla nümayəndə heyətlərinin görüşü keçirilib. Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarımızın rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov deyib ki, bu əlaqələrin qurulmasında Şimalı Qafqaz respublikalarının xüsusi rolu var. “Bu gün Azərbaycan ilə Dağıstan və İquşetiya  arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

Azərbaycan ilə Şimalı Qafqaz xalqlarının xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Hizri Abakarov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.

Maqas şəhərinin meri Beslan Tceçoyev Bakıda göstərilən qinaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin  Bakı və Maqas şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd etmişdir.

Hər iki nümayəndə heyətinin rəhbərləri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonra Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb, xatirə hədiyyələri təqdim olunub.

 





18.03.2019    çap et  çap et