525.Az

Mədəniyyət və İncəsənət Universitetinin kollektivi Cocuq Mərcanlıda


 

Mədəniyyət və İncəsənət Universitetinin kollektivi Cocuq Mərcanlıda <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasının baş müəllimi Gülnarə Allahverdiyeva və tələbələri Emil Bağırzadə və Cəlal Məlik "Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində Yel çərşənbəsini Cocuq Mərcanlıda N saylı hərbi hissədə əsgərlərimizlə birgə keçiriblər.

Konsertdən öncə Cocuq Mərcanlı kənd orta məktəbi, Heydər Əliyevin abidəsi, Kənd məscidi, Aprel şəhidlərinin abidəsi ziyarət olunub.

ADMİU-nun kollektivi şəhid ailələri ilə göruşərək, onlara Novruz xonçası təqdim ediblər.

"Qayıdış" parkında Cocuq Mərcanlı kənd sakinlərinin Novruz sərgisi nümayiş olunub. Daha sonra Cocuq Mərcanlı N saylı hərbi hissənin həyətində Kosa və Keçəlin, milli rəqs qrupunun iştirakı ilə Novruz tonqalı qalanıb, əsgərlərə bayram payı verilib.

Daha sonra görüş Bayram konserti ilə başa çatıb.

 





19.03.2019    çap et  çap et