525.Az

Tramp: "İŞİD-in Suriyada son dayağı axşama qədər məhv ediləcək"


 

Tramp: "İŞİD-in Suriyada son dayağı axşama qədər məhv ediləcək"<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp İŞİD-in Suriyada son dayağının axşama qədər məhv ediləcəyinə söz verib.
 
Trend-in məlumatına görə, bunu Tramp jurnalistlərə açıqlamasında deyib.

“İndi sonuncu kiçik ocaq qalıb. Bu gün axşam o da olmayacaq”, deyə Tramp bildirib.

Qeyd edək ki, sözlərinin sübutu kimi Tramp iki xəritə göstərib. Birinci xəritə 2017-ci ilə, digəri isə bu günə aiddir. Bu günə aid olan xəritədə kiçik nöqtə qeyd olunub.

 





21.03.2019    çap et  çap et