525.Az

Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümünü açıq elan edir


 

Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümünü açıq elan edir<b style="color:red"></b>

Sentyabr ayının 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 86-cı mövsümün ilk tamaşaları nümayiş etdiriləcək. Həmin gün saat 12.00da A.Tolstoyun “Burationun macəraları”, saat 19.00da L.Nurenin “Müharibə” pyesi əsasında  hazırlanmış eyniadlı tamaşa göstəriləcək.

Teatrın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, beynəlxalq layihə əsasında ərsəyə  gəlmiş “Burationun macəraları” tamaşasının quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir  (Xorvatiya).

Karlo atanın taxtadan hazırladığı Buratinonun “həyat hekayəsi” azyaşlı tamaşaçılarımıza yaxşı bəllidir. Buratino sadiq dostlarının köməkliyi ilə nəhayət ki, möcüzəli qapıya vasitəçi olan qızıl açar tapır. Beləliklə, xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq istəyi həyata keçir...

Saat 19.00da nümayiş etdiriləcək “Müharibə” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir...

Hər iki tamaşa maraqlı səhnə tərtibatı və peşəkar aktyor  ifası ilə seçilir.

 





19.09.2013    çap et  çap et