525.Az

BMT: "Qolan yüksəkliklərinin statusu dəyişməzdir"


 

BMT: "Qolan yüksəkliklərinin statusu dəyişməzdir"<b style="color:red"></b>

BMT Qolan yüksəkliklərinin statusu barədə mövqeyini dəyişməyib.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib.

O bildirib ki, məsələ konkret şəkildə öz əksini Təhlükəsizlik Şurasının müvafiq qətnaməsində tapıb:

"Qolan yüksəkliklərinin statusu dəyişməyib".

Qeyd edək ki, D.Tramp "Twitter" səhifəsində Birləşmiş Ştatların Qolan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımasının vaxtı gəlib çatdığını yazıb.

 





23.03.2019    çap et  çap et