525.Az

Gəncə-Bakı reysinə dəyişiklik


 

Gəncə-Bakı reysinə dəyişiklik<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.

 





23.03.2019    çap et  çap et