525.Az

Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır


 

Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır<b style="color:red"></b>

Rusiyanın "ИрАэро" aviaşirkəti Azərbaycandan uçuşların coğrafiyasını genişləndirir.

Aviaşirkətdən Trend-ə verilən məlumata görə, artıq Bakıdan Orenburq, Yekaterinburq və Çelyabinsk şəhərlərinə müntəzəm reyslər olacaq.

Uçuşlar Rusiya istehsalı olan "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Bakı-Orenburq və Orenburq-Bakı aviareysi aprelin 20-dən başlayacaq. Uçuş iki saat davam edəcək və şənbə günləri həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üçün 123 avrodan (9 min rubl) başlayacaq.

İyunun 18-dən etibarən hər həftənin çərşənbə axşamı Bakı-Yekaterinburq və Yekaterinburq-Bakı reysləri baş tutacaq. 3 saat davam edəcək uçuş üçün biletin qiyməti bir istiqamətə 143 avrodan (10,5 min rubl) başlayır.

Bakı-Çelyabinsk və Çelyabinsk-Bakı reysləri aprelin 9-dan çərşənbə axşamları, iyunun 20-dən isə cümə axşamı günləri baş tutacaq. Yol üç saat davam edəcək, bir istiqamətə biletin qiyməti 136 avrodan (10 min rubl) başlayır.

 





23.03.2019    çap et  çap et