525.Az

Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstərdilər


 

Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstərdilər<b style="color:red"></b>

Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.

Trend-in erməni KİV-nə istinadən məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.

A.Ovannisyan qeyd edib: "Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar".

O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.

Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.

 





23.03.2019    çap et  çap et