525.Az

Londonda 1 milyondan artıq insanın iştirakı ilə yürüş


 

Londonda 1 milyondan artıq insanın iştirakı ilə yürüş <b style="color:red"></b>

Böyük Britaniyanın paytaxtı Londonda 1 milyondan artıq insanın iştirakı ilə yürüş keçirilir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə yürüşün təşkilatçısı "People's Vote" qrupu öz "Twitter" hesabında yazıb.

Məlumatda deyilir: "Bu gün bütün ölkədən toplaşan bir milyon insana təşəkkür edirik".

Qeyd edək ki, aksiya iştirakçıları Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə ikinci referendumun keçirilməsini tələb edirlər.

 





24.03.2019    çap et  çap et