525.Az

Dağıstanda kütləvi zəhərlənmə


 

Dağıstanda kütləvi zəhərlənmə <b style="color:red"></b>

Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şəhər administrasiyasından bildiriblər.

Administrasiyanın nümayəndəsi deyib: "Martın 23-ü üçün mərkəzi şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsində kəskin bağırsaq infeksiyası diaqnozu ilə 89 nəfər var <...> Xəstələrin vəziyyəti yüngül və orta ağır kimi dəyərləndirilir".

Onun sözlərinə görə, bütün zəhərlənlərə lazımi tibbi yardım göstərilir: "Mütəxəssislər araşdırmanın tamamlanmasına qədər vətəndaşları diqqətli olmağa çağırırlar - yalnız qaynanmış su içmək, əlləri, meyvələri və tərəvəzləri tez tez yumaq lazımdır".

 





24.03.2019    çap et  çap et