525.Az

Ərəb koalisiyası husilərin mövqelərini bombaladı


 

Ərəb koalisiyası husilərin mövqelərini bombaladı<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin paytaxtı Sənada husilərin iki mövqeyinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Al-Arabiya telekanalının "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Zərbələr husilərin terror əməliyyatlarında pilotsuz uçuş aparatlarının saxlanılması üçün istifadə etdikləri mövqelərə endirilib".

Qeyd edilir ki, zərbələr beynəlxalq və humanitar hüquqa uyğundur, və dinc əhalinin müdafiəsi üçün bütün tədbirlə görülüb.

 





24.03.2019    çap et  çap et