525.Az

İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi


 

İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

 





24.03.2019    çap et  çap et