525.Az

Zakir Həsənov ABŞ-a gedir


 

Zakir Həsənov ABŞ-a gedir <b style="color:red"></b>

Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.

Səfər çərçivəsində Müdafiə naziri Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.

Z.Həsənovun BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, eləcə də ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunacaq.

 





24.03.2019    çap et  çap et