525.Az

İtaliyada aeroport işçiləri tətil elan ediblər


 

İtaliyada aeroport işçiləri tətil elan ediblər<b style="color:red"></b>

İtaliyada avianəqliyyat işçilərinin həmkarlar ittifaqı 4 saatlıq tətil elan ediblər.

Trend-in məlumatına görə, tətillə əlaqədar “Alitalia” aviaşirkətinin 100-ə yaxın reysi təxirə salınıb.

Qeyd olunur ki, tətil Bakı vaxtı ilə saat 13:00-dan 17:00-dək davam edəcək.

Bu müddət ərzində Roma aeroportunda planlaşdırılan Moskva, Paris, London, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tirana və bir sıra ölkədaxili reyslər təxirə salınıb.

Tətil edən işçilər əmək şəraitinin yaxşılaşmasını tələb edir.

 





25.03.2019    çap et  çap et