525.Az

FHN: "Diqlas"dakı yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub"


 

FHN: "Diqlas"dakı yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub"<b style="color:red"></b>

Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

 





26.03.2019    çap et  çap et