525.Az

ABŞ-da it öz həyatı bahasına sahiblərini xilas etdi


 

ABŞ-da it öz həyatı bahasına sahiblərini xilas etdi<b style="color:red"></b>

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) it öz həyatı bahasına sahiblərini xilas edib.

Trend-in "Oxygen" portalına istinadən verdiyi məlumata görə, Laura Martines ailəsinin evindən qiymətli əşyalar, paltar və pul itdikdən sonra görüb ki, onun oğlunun tanışlarından biri - Xavian Kastenada - "Snapchat" sosial şəbəkəsində onun oğluna məxsus papaq ilə foto paylaşıb.

Bundan sonra L.Martines yeniyetmənin ailəsi ilə danışmaq üçün onların evinə gedib, lakin X.Kastenada onu hədələyib. Daha sonra yeniyetmə L.Martinesin evinə gələrək silahdan atəş açmağa başlayıb.

Bunu görən Zero adlı it atəş açan şəxsə hücum edərək onu bir neçə dəfə dişləyib və silahlı onu sinəsindən yaralayıb. X.Kastenada hər dəfə L.Martinesin oğluna və qızına atəş açmaq istəyərkən it onun üzərinə cumub. İkinci güllə Zeronun başından dəyib. Bundan sonra X.Kastenada itə yenidən atəş açaraq hadisə yerini tərk edib.

 





26.03.2019    çap et  çap et